Sabah yoldaşlıq görüşündə Azərbaycan millisi Belarusla üz-üzə gələcək. Sport1.az xəbər verir ki, bu gün qonaqların üzvü Kiril Peçenin mətbuat konfransında iştirak edib. 28 yaşlı müdafiəçi millimiz haqda bunları deyib:
"Azərbaycana qarşı Minskdəki görüş çoxdan keçirilib. Amma Bakıdakı görüşü çox yaxşı xatırlayıram. Rəqibin heyətində çox yaxşı oyunçular var. Xüsusilə də, “Qarabağ”ın futbolçuları var, avrokuboklarda oynayırlar. Sabah bizi çətin görüş gözləyir. Bunu yaxşı başa düşürük".
Sport1.az