Azərbaycanın bütün yaş qruplarından olan qadın cüdoçuları Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.Sport1.az xəbər verir ki, üç günlük təlim düşərgəsi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilib.
Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlimlər qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçular hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlar isə Avstriyanın Leybnits şəhərində davam etdirəcəklər.
Sport1.az