Final mərhələsi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Sport1.az xəbər verir ki, Argentina yığması mundialda iştirak hüququ əldə edən 4-cü kollektiv olub.
Lionel Skaloninin yetirmələri Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunda bu hüququ qazanıb.
Bolviya və Uruqvayın qolsuz heç-heçəsi sayəsində Argentina DÇ-2026-ya bileti təmin edib.
Bunadək Yaponiya, Yeni Zelandiya və İran da DÇ-2026-ya vəsiqə qazanıb.
Qeyd edək ki, yarışın ev sahibləri ABŞ, Meksika və Kanada mundiala birbaşa vəsiqə ilə qatılacaq.
Sport1.az