2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.Sport1.az xəbər verir ki, Yeni Zelandiya millisi mundialda iştirak hüququ əldə edib.
Okeaniya zonası üzrə seçmə mərhələnin finalında Yeni Kaledoniya ilə görüşən yeni zelandiyalılar böyük hesabla qalib gəliblər – 3:0. Qollara Maykl Boksell, Kostas Barberuses və Elayja Cast imza atıblar.
Qeyd edək ki, Yeni Zelandiya ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundiala vəsiqə qazanan ikinci komanda olub. Onlara qədər Yaponiya DÇ-2026-ya yüksəlib.
Sport1.az