“Real” və “Yuventus”un sabiq futbolçusu Fabio Kannavaro İtaliya millisinin yeni baş məşqçisi ola bilər.Sport1.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, Luçano Spallettinin yığmadan ayrıldığı dəqiqləşəndən sonra bir neçə tanınmış mütəxəssisin adı baş məşqçi postuna namizəd kimi hallanır. Klaudio Ranyeri və Stefano Piolinin də yığmaya rəhbərlik edəcəyi barədə iddialar var.
Kannavaronun son iş yeri Zaqreb “Dinamo”sudur. O, Xorvatiya klubunda 2024-cü ilin dekabrından 2025-ci ilin aprelinə kimi çalışıb.
Qeyd edək ki, İtaliya yığması dünya çempionatı 2026-nın seçmə mərhələsinin ilk oyununda səfərdə Norveçə 3:0 hesabı ilə uduzub. Ağır məğlubiyyətdən sonra Spaletti millidən uzaqlaşdırılıb. O, iyunun 9-da seçmə mərhələnin Moldova ilə oyunundan sonra postunu tərk edəcək.
Sport1.az