“Real” klubu “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppla yaxından maraqlanır.Sport1.az xəbər verir ki, bu barədə nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, “Real” təmsilçiləri Kloppa iki dəfə zəng edərək, gələcək planlarını öyrəniblər.
Almaniyalı mütəxəssis hazırda Avstriyanın “Zaltsburq” klubunun icraçı direktorudur. O, məşqçilik fəaliyyətinə qayıtmağı planlaşdırmır.
Qeyd edək ki, “Real”ın baş məşqçi Karlo Ançelotti ilə mövsümün sonunda yollarını ayıracağı gözlənilir. İtaliyalı çalışdırıcının Braziliya milli komandasına rəhbərlik edəcəyi barədə iddialar var.
Sport1.az