Portuqaliyanın "Oliveyrense" klubunun futbolçusu İvan Kosta Martins vəfat edib. Sport1.az xəbər verir ki, bu barədə ölkənin "A Bola" nəşri məlumat yayıb.
19 yaşlı oyunçu faciəvi şəkildə ölüb. Buna yol qəzası səbəb olub.
Futbolçunun idarə etdiyi avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Həkimlər hadisə yerinə çatanda onun həyatını xilas etmək mümkün olmayıb.
Sport1.az