"Real"ın sabiq futbolçusu Quti "Barselona"nın futbolçusu Lamin Yamal ilə komandanın sabiq hücumçusu Lionel Messini müqayisə edib. Sport1.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan mütəxəssis bunları deyib:
"Yamalın inanılmaz istedadı var. O, bir hərəkətlə oyunun taleyini dəyişə bilər. Messinin 17 yaşında belə şeylər etdiyini xatırlamıram. Yamal İspaniya çempionatının ulduzudur, lakin hələ gəncdir".
Sport1.az