Türkiyənin “Kayserispor” klubu yeni baş məşqçisini açıqlayıb. Sport1.az xəbər verir ki, bundan sonra Super Liqa təmsilçisinə Radomir Caloviç rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Caloviç son olaraq Sloveniyanın “Maribor” klubunu çalışdırıb.
Sport1.az