Türkiyə Kubokunda 1/4 final mərhələsi davam edir.Sport1.az xəbər verir ki, xəbər verir ki, bu gün iki yarımfinalçı bəlli olacaq.
“Trabzonspor” öz meydanında “Bodrumspor”u qəbul edəcək. Mərhələnin mərkəzi görüşündə İstanbul nəhəngləri qarşılaşacaq.
Çempionluq uğrunda da mübarizə aparan “Fənərbaxça” ilə “Qalatasaray” növbəti derbiyə çıxacaq. Görüş “sarı-lacivərtlilər”in meydanında baş tutacaq.
Qeyd edək ki, derbinin qalibi yarımfinalda “Konyaspor”la qarşılaşacaq. Sonuncular 1/4 finalda “İskenderunspor”u 3 cavabsız qolla məğlub edib. Mərhələnin sabah keçiriləcək son qarşılaşmasında “Beşiktaş” “Göztəpə” ilə qarşılaşacaq.
Türkiyə kuboku
1/4 final
2 aprel
18:45. “Trabzonspor” – “Bodrumspor”
21:45. “Fənərbaxça” – “Qalatasaray”
Sport1.az