Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XIX turun oyunları keçirilib.
Sport1.az xəbər verir ki, tura Gəncədə start verilib.
Şəhərin eyniadlı komandası çempionatın autsayderi UNEC-i sınağa çəkib. Gəncəlilər çətinlik çəkmədən 3:0 hesabı ilə qalib gəliblər.
Digər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Öncə “Azərreyl” lider “Abşeron”a uduzub. "Milli Aviasiya Akademiyası" - “Murov Az Terminal” görüşü daha gərgin alınıb. Qalib 5 setin yekununda bəlli olub. “Murov Az Terminal” 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra lider ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəldib.
Sport1.az