Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVIII turun oyunları keçirilib.
Spoet1.az xəbər verir ki, bütün qarşılaşmalar GİN-in Voleybol Mərkəzində baş tutub.
Liderlər qrupunda qərarlaşan “Azərreyl” və “Xilasedici” üz-üzə gəlib. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:0 önə keçsə də, qonaqlar bpyük əzmkarlıq nümayiş etdiriblər. Bu məğlubiyyət "Azərreyl"in lider mövqeyini itirməsi ilə nəticələnib.
“Murov Az Terminal” “Gənclər”ə qalib gələrək, birinci pilləni ələ keçirib.
MOİK isə “Neftçi”yə uduzub.