Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.
Sport1.az xəbər verir ki, turun ilk qarşılaşması UNEC və “Abşeron” komandaları arasında olub. Görüş “Abşeron” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “Murov Az Terminal” “Azərreyl"lə, “Milli Aviasiya Akademiyası” isə “Gəncə” ilə üz-üzə gəlib.
Birinci oyununda qalib 4 setdə müəyyən olunub."Dəmiryolçular" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.
Sport1.az