"Liverpul"un və "Çelsi"nin sabiq futbolçusu Coi Cons dünyasını dəyişib.
Sport1.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Keçmiş müdafiəçi 70 yaşında vəfat edib.
“Qırmızılar”la avrokubok və UEFA kubokunu qazanan Coi Cons 1975-78-ci illərdə “Liverpul”un heyətində 100 oyun keçirib. O, 1982-85-ci illərdə isə "Çelsi"də çıxış edib.
Sport1.az