Almatıda keçirilən marafon zamanı iki iştirakçı dünyasını dəyişib.
Sport1.az "Tengrinews"a istinadən xəbər verir ki, aprelin 20-də Almatı yarımmarafonunda iki iştirakçı ölüb: 84 yaşlı Akkoyan Rzəliyev və 21 yaşlı Nurbol Əhmədi.
Onların hər ikisi əvvəllər yarımmarafon məsafəsini (21,1 kilometr) qət ediblər və Almatıda keçirilən qaçış yarışının daimi iştirakçıları olublar.
Təşkilatçılar nizamnaməyə uyğun hərəkət etdilər. Tibbi xidmətlər, təcili yardım və polis əməkdaşları operativ və vaxtında tədbir görüblər. Görülən tədbirlərə baxmayaraq, iştirakçıların həyatını xilas etmək mümkün olmayıb.
Yarımmarafon aprelin 20-də səhər saatlarında Prezident Parkından Mərkəzi Stadiona qədər davam edib.
Sport1.az