Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20 turunda bu gün daha bir oyun keçiriləcək. Sport1.az xəbər verir ki, "Quba" doğma meydanda "Ordu"nu qəbul edəcək.
Qarşılaşma saat 14:00-da start götürəcək. "Ordu" B qrupunda 33 xalla üçüncü, "Quba" 24 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün "Şəki" səfərdə "Lənkəran"ı məğlub edib - 107:78. Tura aprelin 6-da yekun vurulacaq.
Sport1.az