Azərbaycan Basketbol Liqasında 19-cu tur bu gün başlayır.Sport1.az xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" "Ordu" ilə üz-üzə gələcək.
Sumqayıt Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 19:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 25 xalla dördüncü, qonaqlar 23 xalla beşincidir.
Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.
Sport1.az