Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turu bu gün başlayacaq. Sport1.az xəbər verir ki, 20-ci turun açılış oyununda "Lənkəran" "Şəki"ni qəbul edəcək.
Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 22 xalla sonuncu-6-cı sıradadır. Qonaq 34 xalla qrupda birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.
Sport1.az