“Ordu” klubunun yeni transferi Jervon Pressley komandanın mətbuat xidmətinə açıqlama verib.Sport1.az xəbər verir ki, amerikalı Azərbaycan Basketbol Liqasında maraqlı mübarizə getdiyini bildirib:
“Mən yeni bir ölkədə basketbol oynayacağım üçün çox şadam. Komanda yoldaşlarım mehriban və istedadlı oyunçulardır. Məşqçilər heyəti və rəhbərlikdən çox yaxşı dəstək görürəm. Basketbol Liqasında maraqlı mübarizə gedir. İnanıram ki, mövsümün sonunda istədiyimiz məqsədə nail ola biləcəyik”.
Sport1.az