“Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik”.Sport1.az xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandasının şanslarından danışıb. Əliyev əvvəlcə “Sumayıt”ın çıxışını dəyərləndirib: "Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik”.
Vaxtilə “Sərhədçi”də oynayan İsmayıl sabiq komandasını təhlil edib: “Bir vaxtlar “Sərhəçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyunlar gözləyir. “Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.
Əliyev klubun azarkeşlərinə də çağırış edib: “Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompkeksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək veriblər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.
Qeyd edək ki, “Sumqayıt” – “Sərhədçi” matçı aprelin 11-də keçiriləcək.
Sport1.az