Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.
Sport1.az xəbər verir ki, kişilərdən ibarət milli komandamızın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli daxil edilib. Komandanın kapitanı və təcrübəli şahmatçısı Teymur Rəcəbov olacaq.
Qadınlardan ibarət yığmada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva yer alıblar. Komandanın kapitanı İlahə Qədimova, məşqçisi isə beynəlxalq qrossmeyster Nicat Abasov təyin olunub.
Şahmatçıların lövhələr üzrə dəqiq mövqeləri yarış ərəfəsində elan ediləcək.
Qeyd edək ki, şahmat üzrə Avropa çempionatı bu il oktyabrın 5-də start götürəcək və qitənin ən güclü komandaları arasında gərgin mübarizəyə səhnə olacaq.
Sport1.az