Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Sport1.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Hər iki matç saat 21:00-da başlanacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələdə İslandiya və Fransa ilə yanaşı, Ukrayna ilə də mübarizə aparacaq.
Sport1.az