Bu gün Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə" ilə qarşılaşıb.
Sport1.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun taleyini 1 qol həll edib.
Turun digər matçında "Sabah" "Kəpəz"i sınağa çəkib. Bu görüşdə də qapılara 1 qol vurulub.
Misli Premyer Liqası
IV dövrə, XXIX tur
6 aprel
17:00. “Sabah” – “Kəpəz” 0:1
Qol: Valdemer Almeyda, 41 (0:1)
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”
19:30. “Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges, 15 (1:0)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu
Sport1.az