"Turan Tovuz" komandası ev oyunlarını "Azərsun Arena"da keçirəcək.
Sport1.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasiminin ardından jurnalistlərə açıqlama verən PFL rəsmisi qərb təmsilçisinin stadionunun iyulun 20-dən etibarən təmirə bağlanacağını söyləyib:
"Bilirik ki, bu bu xəbər tovuzlu azarkeşləri üzəcək. Lakin gələcəkdə hər şeyin daha yaxşı olması üçün bununla razılaşmaq lazımdır".
O həmçinin deyib ki, "Kəpəz" mövsümün startına Qəbələ şəhər stadionunda, "Karvan" isə Şamaxı stadionunda start verəcək".
Sport1.az