Çempionlar Liqası / Manşet
22:03
1.10.2025
329
Hazırda Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda "Qarabağ" "Kopenhagen"i qəbul edir.Sport1.az xəbər verir ki, Danimarka təmsilçisi oyun sponsorsuz forma ilə çıxıb. Buna səbəb Azərbaycan Respublikasının qanunvericiliyidir. İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən ölkə ərazisində yalnız qanuni mərc saytları reklam və nümayiş oluna bilər.
Qeyd edək ki, hazırda davam edən oyunda "Qarabağ" 1:0 hesabı ilə öndədir.
HÜSEYN RƏŞADOĞLU
Sport1.az