UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ" "Kopenhagen"lə qarşılaşacaq.Sport1.az xəbər verir ki, Danimarka təmsilçisinin Bakıya səfər planı bəlli olub.
Klubdan verilən məlumata görə, rəqib bu günün ikinci yarısında paytaxtda olacaq. "Kopenhagen" matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Sport1.az