Bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində doğma divarlar arasında "Kopenhagen"i qəbul edəcək. Görüşlə bağlı veteran futbolçu Xəqani Məmmədov
Sport1.az-a fikirlərini bölüşdü:
"Qarabağ" "Benfika" səfərində əzmkar qələbə qazanmaqla uğurlu başladı. Amma Portuqaliya təmsilçisiylə oyun ayrı, "Kopenhagen"lə qarşılaşma ayrı. Danimarka çempionuyla daha ağır, gərgin matç olacaq. Ağdamlılar "Benfika" zəfərini unutmalıdırlar, əks halda əvvəlki zəfər eyforiyasının qurbanı ola bilərlər. Düşünürəm ki, Ağdam təmsilçisi arxayınçılığa yol verməməli və rəqibi tam ciddiyə almalıdır. Qurban Qurbanovun yetirmələri ilk dəqiqələrdən soyuqanlı, ehtiyatlı oyuna üstün versələr uğur qazancaqlarına inanıram". Mirzə S.
Sport1.az