Bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində doğma divarlar arasında "Kopenhagen"i qəbul edəcək. Görüşlə bağlı veteran futbolçu Zaur Həşimov
Sport1.az - a fikirlərini bölüşdü:
"Qarabağ"ın "Benfika"səfərində əzmkar qələbə qazanmağı dünya futbolunda təmsilçimizə marağı artırdı. Hazırda "süvarilər" cəbhəsində güclü motivasiya var, komanda hər oyunda qələbə qazanmaq üçün çıxır. "Kopenhagen" son dərəcə intizamlı, boşluq verməyən və inadkar komandadır. Onlar qələbə qazanmaq, ən pis halda uduzmamaq üçün əlindən gələn hər şeyi edəcəklər. Odur ki, Danimarka klubu meydanda "2-ci nömrə" ilə oynayacaq. Ağdamlılar isə ilk dəqiqələrdən topa nəzarət, təzyiq göstərmək və erkən qol axtarışında olacaq. Bizim gərgin və maraqlı 90 dəqiqə gözləyəcək". Mirzə S.
Sport1.az