"Qarabağ"ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyunu buraxacaq.
Sport1.az-a klubdan verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi zədələnib. Monteneqrolu oyunçu bu səbəbdən İrlandiya səfərinə qatılmayıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Şelburn" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
Sport1.az