Türkiyəli mütəxəssis Nuri Şahinin yeni iş yeri məlum olub.
Sport1.az xəbər verir ki, o, “Başakşəhər” klubuna baş məşqçi təyin ediləcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tərəflər arasında rəsmi müqavilənin 15 sentyabrda imzalanacağı bildirilir.
Şahin daha əvvəl “Antalyaspor” və “Borussiya”da (Dortmund) işləyib.
Sport1.az