Məşhur mütəxəssis Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.
Sport1.az xəbər verir ki, mütəxəssis Rusiya "Axmat"ının baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar.
S.Çerçesov 2011-2013-cü illərdə də "Axmat"a rəhbərlik edib. Onun son iş yeri isə 2025-ci ilin yanvarında tərk etdiyi Qazaxıstan millisi olub.
Sport1.az