“Fənərbağça”da növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub.Sport1.az xəbər verir ki, seçki prosesi sentyabrın 13–14-də keçiriləcək.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
İlk yığıncaqda kifayət qədər səs çoxluğu təmin olunmasa, seçkilərin ikinci mərhələsi sentyabrın 20–21-də baş tutacaq.
Qeyd edək ki, prezident seçkilərində hazırkı klub rəhbəri Ali Koç və iş adamı Sadettin Saran namizədliyini irəli sürüb.
Sport1.az