“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, Türkiyə təmsilçisi “Zalsburq”dan Dorgeles Neneni heyətinə qatmağa yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb. 22 yaşlı vinger danışıqları tamamlamaq üçün İstanbula gəlib.
“Fənərbağça”nın Nene üçün 20 milyon avro ödəyəcəyi bildirilir.
Mali yığmasının da üzvü olan vinger bu mövsüm 11 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda alıb.
Sport1.az