"Fənərbağça" "Benfika"nın futbolçusu Kerem Aktürkoğlunu hədəfləyib. Sport1.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Transferin reallaşması üçün vaxt amili vacibdir. İstanbul klubu bu keçidi reallaşdıra bilməsə digər variantları nəzərdən keçirəcək.
Bildirilir ki, "Fənərbağça"nın transfer hədəfləri siyahısında daha iki vinger var.
Qeyd edək ki, Kerem Aktürkoğlu "Benfika"ya ötən ilin yayına "Qalatasaray"dan keçib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Sport1.az