Türkiyə 1-ci Liqa təmsilçisi "Çorum" azərbaycanlı futbolçu Coşqun Diniyev ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında paylaşım edilib. Bildirilib ki, “Peşəkar futbolçumuz Coşqun Diniyev ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Ona təşəkkür edir, karyerasında uğurlar arzulayırıq”.
29 yaşlı dayaq yarımmüdafiəçisi 2024–2025 mövsümünün qış transfer dövründə Türkiyə təmsilçisinə transfer olmuşdu. O, komandanın heyətində meydana çıxdığı 13 oyunda 2 qol vurub.
Sport1.az