"Zirə"nin futbolçusu Salifu Suma komandadan ayrılıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.
O deyib: "O, bu gün bizimlə vidalaşdı və yeni klubuna yollandı. Sumanın oyunlarına baxacağıq. Ona yeni klubunda uğurlar arzulayırıq. Rəsmiləşəndən sonra komandasını hər kəs biləcək".
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də "Bakcell Arena"da keçiriləcək və saat 19:30-da başlayacaq.
Sport1.az