"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard yenidən "Reyncers"in baş məşqçisi ola bilər.Sport1.az xəbər verir ki, bu barədə "TalkSPORT" məlumat yayıb.
Şotlandiya klubunun rəhbərliyi hazırda ingiltərəli mütəxəssisdən cavab gözləyir.
Gerrard daha əvvəl yayda "Reyncers"dən gələn təklifi rədd etmişdi. Şotlandiya təmsilçisi bu dəfə çalışdırıcının yaxşılaşdırılmış müqavilə şərtlərinə "hə" deyəcəyinə ümid edir.
Xatırladaq ki, Stiven Cerrard 2018-ci ilin yayından 2021-ci ilin noyabrına qədər “Reyncers”ə rəhbərlik edib. Onun son klubu isə ötən qış ayrıldığı "Əl-İttifaq" olub.
Sport1.az