Simone İnzagi ilə yollarını ayıran "İnter"in yeni baş məşqçisi müəyyənləşib.Sport1.az xəbər verir ki, A Seriyası nəhəngi hazırda "Parma"da çalışan Kristian Kivu ilə anlaşıb. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Rumınıyalı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.
Qeyd edək ki, Kristian Kivu futbolçu karyerası dövründə 7 il "İnter"də çıxış edib. 44 yaşlı mütəxəssis karyerasını başa vurduqdan sonra Milan təmsilçisinin akademiyasında məşqçi kimi də çalışıb.
Sport1.az