Portuqaliyalı baş məşqçi Serxio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçə bilər.Sport1.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir və portuqaliyalı mütəxəssis razılıq əldə olunacağı halda dərhal işə başlamağa hazırdır.
Konseysaonun son klubu İtaliyanın “Milan”ı olub. O, 2024-cü il dekabrın 30-da komandanın sükanı arxasına keçmiş, lakin 2025-ci il mayın 29-da vəzifəsindən uzaqlaşdırılmışdı.
Onun rəhbərliyi altında “Milan” 31 oyuna çıxaraq 16 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 10 məğlubiyyət alıb. “Qırmızı-qaralar” mövsümü 63 xalla səkkizinci pillədə başa vurublar.
Portuqaliyalı mütəxəssisin rəhbərliyi dövründə “Milan” 2024/25 mövsümündə İtaliya Superkubokunun qalibi olub
Sport1.az