Keçmiş ulduz hücumçu və hazırda “Milan” klubunun baş məsləhətçisi olan Zlatan İbrahimoviç həyatda xoşbəxtliyin mənası ilə bağlı fikirlərini bölüşüb.Sport1.az xəbər verir ki, isveçli veteran futbolçu pulla xoşbəxtliyin bir-birindən fərqli anlayışlar olduğunu deyib:
“Normal pulla yaxşı yaşamaq mümkündür. Amma indiki standartlara görə normal pul nədir? Mən hər iki tərəfi görmüşəm. Pulu olmayan ailədə böyümüşəm. Atam 1000 avro qazanırdı və biz onu bölməli olurduq. Bu onun pulu idi, amma lazım olanda mənimlə bölüşürdü. O vaxt xoşbəxt idim?”
İbrahimoviç xoşbəxtliyin sabit hal olmadığını da vurğulayıb:
“Xoşbəxtlik... Bu nə deməkdir? Mən indi xoşbəxtəm, amma 10 dəqiqədən sonra hər şey dəyişə bilər. Deməli, yalnız anlar önəmlidir. Pul həyatı asanlaşdırır, amma düşünmürəm ki, səni xoşbəxt edir. Mənim üçün əsas olan anlardır.”
“Milan” rəsmisi karyerasındakı təcrübələrdən də danışıb:
“Barselonaya köçmək uşaqlıq arzum idi, amma bir ildən sonra bu, kabusa çevrildi. İdmanda hər şey anlardan ibarətdir.”
Sport1.az