Premyer Liqada yeni mövsümün başlamasına az müddət qaldı. Artıq ilk turda hansı rəqiblərin qarşılaşacağı da bəllidir. Bir çoxları düşünür ki, yeni “futbol ili”ndə maraqlı hadisələr cərayan edəcək. Çünki 12 komanda turnirdə iştirak edəcək. Legioner limiti ləğv olunub. Bu məqamları nəzərə alsaq, çempionatın açılış turu ilə bağlı nələr söyləmək olar? Sualımızı Xəqani Məmmədova ünvanladıq.
Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Qarşıdakı futbol ilində bizi maraqlı marafon gözləyir. İlk turunun qarşıdurmalarına baxsaq, iki oyun daha çox diqqət çəkir. Bunlar "Sabah" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" duelləridir. Bu komandaların oyununu maraqlı edən odur ki, onlar digər təmsilçilərimizdən daha tez toplanışa start veriblər və artıq avrokubok görüşlərində də çıxış ediblər. Hər 4 klubun ilk turdakı matçları çempionata da nə qədər hazır olduqlarını göstərəcək. Bütün klublarımıza yeni mövsümdə uğurlar arzu edirəm".
MİRZƏ S.
Sport1.az