“Yuventus” futbolçusu Kenan Yıldızın transfer dəyərini müəyyənləşdirib.Sport1.az xəbər verir ki, Turin təmsilçisi oyunçu üçün 80 milyon avrodan yuxarı gələn təklifləri dəyərləndirəcək. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
“Yuventus” 20 yaşlı yarımmüdafiəçini azı qışa qədər komandada saxlayacaq.
Kenan bu mövsüm 8 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.
Sport1.az