“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi “Sent-Etyen”dən Zuriko Davitaşvilini transfer etmək niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Gürcüstanlı vinger Fransa klubundan ayrılmaq istəyir və təklifləri dəyərləndirəcək.
Davitaşvili ötən mövsümdə 34 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib. 24 yaşlı oyunçu Gürcüstan yığmasının da üzvüdür.
Sport1.az