Antonio Sanabriya “Kremoneze”də oynayacaq. 29 yaşlı hücumçu İtaliyada klubunu dəyişib.Sport1.az xəbər verir ki, 4 ildir “Torino”nun şərəfini qoruyan hücumçu debütantla 3 illik müqavilə bağlayıb. Bu keçid 2,5 milyon avroya başa gəlib.
Daha öncə İtaliyada “Sassuolo”, “Roma” və “Cenoa” forması geymiş paraqvaylı forvard “Barselona” yetirməsidir.
Sport1.az