"Roma" 3 futbolçunu satmaq istəyir.
Sport1.az xəbər verir ki, məlumatı "Roma Press" yayıb.
Mənbənin məlumatına görə, idman direktoru Frederiko Massara Artem Dovbik, Stefan El Şaravi və Tommaso Baldantsi üçün yeni klublar axtarır. Ancaq transferə çıxarılan futbolçulara hələlik heç bir təklif gəlməyib.
Xatırladaq ki, ulduz hücumçu Stefan El Şaravi 2021-ci ildən "Roma"da çıxış edir. “Roma” ukraynalı forvard Dovbiki bir il əvvəl “Jirona”dan transfer edib. 22 yaşlı yarımmüdafiəçi Tommaso isə 2024-cü ilin qışında "Empoli"dən satın alınıb.
Sport1.az