Tanınmış futbolçu Mario Balotelli karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu A Seriyasına yüksələn “Kremonese”nin transfer siyahısında yer alıb. Klub rəhbərliyi Balotellinin təcrübəsindən yararlanmaq niyyətindədir.
M.Balotelli ötən mövsüm “Cenoa”da çıxış edib. Onun hazırkı müqaviləsi iyunun sonunda başa çatacaq.
Sport1.az