“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə Azərbaycan millisinə çağırılıb. Sport1.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, üç gün sonra Belarusla keçiriləcək yoldaşlıq oyunlarına dəvət alması barədə fikirlərini klubun rəsmisi açıqlayıb:
“Özümü çox sevincli, xoşbəxt hiss edirəm. Əlbəttə, hər bir futbolçunun ən böyük arzusu milli komandasına dəvət almasıdır. Şükürlər olsun ki, milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.
Sport1.az