"Real Madrid"in gənc hücumçusu Endrik yenidən zədələnib.
Sport1.az xəbər verir ki, ciddi xəsarət alan braziliyalı 2,5 ay komandasına kömək edə bilməyəcək.
Sport1.azMənbə Endrikin sentyabrın sonlarında sıraya dönəcəyini vurğulayıb.
Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun "Sevilya" ilə (2:0) matçda almış və bu səbəbdən klublararası dünya çempionatında meydana çıxmamışdı.
"Real"ın yeni mövsümdə ilk matçı avqustun 19-da olacaq. "Kral klubu" La Liqanın ilk turunda "Osasuna" ilə qarşılaşacaq.
Endrik 2024-cü ildən "Real"da çıxış edir. O, ötən mövsüm 37 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az