“Çelsi” yanvar transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.Sport1.az xəbər verir ki, London təmsilçisi “Kristal Palas”ın kapitanı Mark Qehi transfer edə bilmədiyi halda, “Nottingem Forest” klubunda çıxış edən 23 yaşlı braziliyalı müdafiəçi Murillonu heyətinə qatmaq niyyətindədir.
Mənbələrin məlumatına görə, Qehinin gələn yay müqaviləsi başa çatacaq və o, karyerasını “Liverpul” və ya “Real”da davam etdirmək variantlarını nəzərdən keçirir. Buna görə də “Çelsi”nin baş məşqçisi Enzo Mareska diqqətini Murilloya yönəldib.
Murillo 2023-cü ildə “Korintians”dan “Nottinqem Forest” klubuna transfer olunub və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib. “Transfermarkt”ın məlumatına əsasən, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Sport1.az