İngiltərə Premyer Liqasının üç klubu – "Mançester Yunayted", "Tottenhem" və "Nyukasl" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegeni birdəfəlik almaq şərtiylə ilə icarəyə götürmək niyyətindədir.
Sport1.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 33 yaşlı qolkiperin satışına açıqdır. Buna səbəb gənc ispan qapıçı Joan Qarsiyanın mövsümün əvvəlində göstərdiyi inamlı çıxışdır. Cari La Liqa mövsümündə 24 yaşlı Qarsiya 6 oyunda cəmi 4 qol buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.
Ter Ştegen 2014-cü ilin yayında "Barselona"ya keçib və bu müddət ərzində 422 matçda iştirak edib. Alman qolkiper klubla birlikdə 6 La Liqa, 6 Kral Kuboku və 1 Çempionlar Liqası titulu qazanıb.
Transfermarkt portalı onun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirib.
Sport1.az